
“Neftçi”də şok ayrılıq gözlənilir.
Bu barədə klubdan saytımıza məlumat daxil olub.
Redaksiyamıza ötürələn informasiyaya görə, Rza Cəfərovun düşərgəni tərk etməsi gündəmdədir.
İş ondadır ki, bakılılar 22 qapıçıya görə rəsmi təklif alıb. Onu sıralarına qatmaq istəyən komanda Avropa təmsilçisidir.
“Ağ-qaralar“ bu transferə razılıq verərsə, böyük miqdarda təzminat alacaq.
Bildirilib ki, rəhbərlik gənc kiperin satışına “yox“ deməyib. Eləcə də Rzanın özü karyerasını ölkə xaricində davam etdirməyə həvəslidir.
SPORTİNFO.AZ