
“Neftçi” Azərbaycan kubokunun ilk görüşünü məğlub başa vurdu.
Öz meydanında “Sabah”ı qəbul edən “ağ-qaralar” 1:2 hesablı yenilgiyə üzüldü.
Sportinfo.az-a açıqlama verən braziliyalı müdafiəçiYuri Matias məğlubiyyətə konkret səbəb göstərib:
“Niyə uduzduq? Çünki onların daha çox qol imkanları oldu və bunlardan ikisini qola çevirdilər.
Öz meydanında 1:2 uduzmaq yaxşı hal deyil. Ancaq buna mübarizənin sonu da deyə bilmərik.
Ancaq standart vəziyyətlər hesabına təhlükə yaratmaq “Neftçi”yə yaraşmır. Daha çox çalışmalı,
xüsusən hücumlarda effektivliyi artırmalıyıq. Bu oyunla finala yüksəlmək çətin görünür”.
Komandalar arasında cavab qarşılaşması aprelin 24-də “Bank Respublika Arena”da baş tutacaq.
HƏBİB