
“Neftçi”nin sabiq legioneri Brayan Morenonun klubsuz günləri başa çatmaq üzrədir.
Sportinfo.az xəbər verir ki, ötən ilin oktyabrında Azərbaycan klubundan ayrılan kolumbiyalı hücumçu hazırda bir neçə komanda ilə danışıq aparır.
25 yaşlı forvardın karyerasını öz ölkəsində davam etdirməsi gözlənilir. Çünki ən ciddi təklif məhz Kolumbiyadan gəlib.
“Neftçi”dəki performansı uğursuz olunca, digər ölkə klubları Morenonu heyətinə qatmaqla risk etmək istəmir.
Ən real variant “Santa Fe”dir. Ancaq Moreno bu klub üçün də prioritet deyil. Mərkəz hücumçusu axtarışında olan “Santa Fe” rəhbərliyinin alternativləri sırasında sabiq “Neftçi”li də var.
Brayan Moreno “Neftçi”yə ötən ilin yanvarında keçsə də, həmin ilin oktyabrında müqaviləsinə xitam verilib.