"Neftçi" 3 ay öncə müqavilə bağladığı oyunçu haqda bu qərarı verdi

8 Aprel 13:00 Neftçi 2 112
"Neftçi" 3 ay öncə müqavilə bağladığı oyunçu haqda bu qərarı verdi

"Neftçi" bu ilin yanvarında sıralarına qatdığı legioner barədə qərar verib.

Biz Ryonosuke Ohoridən danışırıq.

Paytaxt klubunun qış transfer pəncərəsində ilk transferi kimi tarixə düşən yaponiyalının müqaviləsinin ikinci hissəsi qüvvəyə minməyəcək.

18 nömrəli formanı geyinən asiyalının 5 ay + 2 il şərti ilə kontrakta imza atmasını xatırladaq. Rəhbərlik onun çıxışından narazıdır. Əsas heyətdə az-az görünən 24 yaşlı yarımmüdafiəçi rəqabətə tab gətirmir.

Üstəlik, əgər növbəti mövsüm burada qalarsa, ona indiki ilə müqayisədə xeyli artıq əməkhaqqı ödəmək lazım gələcək.

Kontrakta əsasən, qərar vermək üstünlüyü «ağ-qaralar»ın özündədir. Yəni ki, müqavilənin uzadılıb-uzadılmaması bəndinin necə icra olunması klubdan asılıdır.

Yapon sonuncu klubu “Transinvest”in (Litva) heyətində 2024-cü ilin fevralından meydana çıxdığı 31 çempionat matçında 6 qola imza atıb.

Ryonosuke Ohori karyerası ərzində 60 rəsmi matça çıxaraq 24 qol vurub və 4 qolun ötürməsini edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti