
"Neftçi" Premyer Liqanın 29-cu turunda "Şamaxı"nı məğlub edib - 2:0.
Qarşılaşmadan sonra "ağ qaralar"ın futbolçuları ilə "Forza Neftçi" azarkeş qrupunun üzvləri arasında səmimi söhbət baş tutub.
Fanatlar qalan bütün oyunlarda belə mübarizə aparmağı və qələbələr qazanmağı tələb edib.
Kapitan Emil Balayev isə komanda yoldaşları adından əllərindən gələn-gəlməyən bütün mücadiləni sona qədər klub üçün verəcəklərinə söz verib.
XANOĞLAN / SPORTİNFO.AZ
Həmin anlara aşağıdakı linkdə baxa bilərsiniz