
“Qarabağ”ın albaniyalı hücumçusu Redon Cica qışda ölkəsindən bir neçə klubun onu transfer etmək istədiyini bildirib.
Sportinfo.az xəbər verir ki, 26 yaşlı legioner Albaniyanın “Panorama” nəşrinə açıqlamasında deyib ki, sonda Ağdam klubunda qalmağa qərar verib:
"Bəli, düzdür, yanvarda bir neçə klub məni icarəyə götürmək üçün maraqlandı, amma çox müzakirələrdən sonra “Qarabağ”da qalmağa qərar verdim".
Redon 2023-cü ilin yanvar ayında “Tirana”dan “Qarabağ”a keçib. O, bu mövsüm "Qarabağ"da ümumilikdə 17 oyuna çıxıb və 4 qol vurub.