
"Neftçi" Premyer Liqanın 29-cu turunda "Şamaxı" ilə üz-üzə gələcək.
Bakılılar Şamaxı səfərində meydana itkilərlə çıxacaq.
Sportinfo.az xəbər verir ki, 3 futbolçu müxtəlif səbəblərdən forma şansı qazanmayacaq.
Bunlar “Sabah”la matçda zədələnən Ryonosuke Ohori və bərpa dövrü keçən Andrey Ştoqrindir.
Elvin Camalov isə sarı vərəqə limitini doldurduğu üçün qarşılaşmanı kənardan izləməyə məhkumdur.
Baş məşqçi Samir Abasovun texniki zonada yer almasına qadağa qoyulub. O da “Araz-Naxçıvan”la oyundakı növbəti “sarı”ya görə cəzalı duruma düşüb.
Aprelin 7-də Şamaxı şəhər stadionunda baş tutacaq görüşün start fiti saat 15:30-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ