“Neftçi”nin futbolçularına heç yerdə görünməyən JEST etdilər - VİDEO

10:40 Neftçi 710
“Neftçi”nin futbolçularına heç yerdə görünməyən JEST etdilər - VİDEO

“Neftçi” 2025-ci ildə “Neftçi Arena”da ikinci məğlubiyyətini aldı.

Buna qədər Premyer Liqada 6, ölkə kubokunda keçirdiyi 2 oyunda cəmi bir dəfə uduzan “ağ-qaralar” fevralın 16-da “Qarabağ”a boyun əymişdi.

Aprelin 2-də “Sabah”a yenilgi (1:2) ayyarımdan sonra doğma meydanda ilk məğlubiyyət kimi yadda qaldı.

Düşünmək olardı ki, kubokun yarımfinal mərhələsinin ilk matçında uduzduğuna görə “Forza Neftçi”nin azarkeşləri futbolçuları müxtəlif yollarla “dar ağacından asacaq”.

Ancaq yox. Əliyar Ağayevin final fitindən sonra tribunanın önünə gedən oyunçular fanatlardan üzr istəməklə yadda qaldı.

“Forzalılar” da öz növbəsində cavab qarşılaşmasını nəzərə alıb, “Neftçi”yə narazılığını bildirmədi, əksinə, onlara arxa durdu.

Yekunda tərəflər bir-birini alqışlayıb cavab qarşılaşmasına qədər gözləməyi məqsədəuyğun saydılar.

Finala yüksəlmək uğrunda həlledici matç aprelin 23-də “Bank Respublika Arena”da keçiriləcək.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti