
«Neftçi» ötən ilin avqustunda icarəyə götürdüyü Rustam Samiqullini birdəfəlik transfer etməyəcək.
«Ağ-qaralar»ın rəhbərliyi «Sabah»a məxsus qapıçının xidmətində maraqlı deyil.
Odur ki, 10 aylıq sözləşmə iyunda yenilənməyəcək.
İki klub arasında anlaşmaya əsasən, «Neftçi» dağıstanlı kiperi satınalma hüququna malikdir.
Amma U-21 yığmasının sabiq üzvü özünü yeni komandasında göstərə bilmədi. Roman Qriqorçukun vaxtında bura gələn gənc hələ də əsas heyətdə meydana çıxmayıb.
SPORTİNFO.AZ