Samir Abasov da “Neftçi”dən yola salınacaq?

31 Mart 18:35 Neftçi 4 604
Samir Abasov da “Neftçi”dən yola salınacaq?

Görürəm, Samir Abasov yenə şikayətlənib. «

Araz-Naxçıvan»la oyunda qaçırılan qol epizodlarına görə dilxor olub.

Bu, artıq neçənci dəfədir. Riyazi cəhədən hər şey mümkündür, ancaq düzünü eşitmək istəyirsizsə, bəndəniz «Neftçi»nin Premyer Liqa yolu ilə avrokuboklara qatılacağına ta inanmır!

Ən yaxşı halda beşinci yer, «Neftçi»ni ondan yuxarıda görmürəm.

Samir Abasov hara gəldiyini öncədən bilirdi. Ötən ilin oktyabrında komandanı götürəndə, məlumu idi ki, onu necə çətin günlər, həftələr, aylar gözləyir və hansı futbolçu qrupu ilə çalışmalı olacaq.

O, istəmədiyi oyunçuların heç də hamısını qış fasiləsində və ondan sonra düşərgədən göndərə bilmədi. Bəyənmədiklərinin əksəriyyəti yenə əlinin altındadır.

İşin tərsliyindən, bəyəndiklərinin də çoxu ya ideal forma yığmayıb hələ, ya da zədəlidir.

Biri elə Emin Mahmudov. Keçmiş kapitan iki oyuna çıxır, üç-dörd həftə həkim otağından çıxmır. Nə vaxt maraqlanırsan, soruşursan, zədəlidir.

Ramil Şeydayevin də hay-hayı gedib, vay-vayı qalıb. Ona yarım milyon dollardan çox pul ödənilir, o da heyif oldu!

Şeydayev gah orasını tutur, gah burasını,

təki oynamasın. Özünü heç əziyyətə salmır.

Şübhə eləmirəm, Samir Abasovun gücü çatsa, Ramili 1 dəqiqə də gözünün qabağında saxlamaz.

Aleks Fernandesi fevralda icarəyə götürəndə, çox tərifləyirdi həmkarlarımız. Braziliyalının bir ayağı işləyir, sadəcə.

Texnikalıdır, amma yerində. Topla hərəkəti, sürəti çox aşağıdır.

Baş məşqçinin «Baltika»dan gəlmiş yarımmüdafiəçinin xidmətində gələn mövsüm maraqlı olacağına heç inanmıram.

Əlbəttə, özünü saxlasalar əgər. Kuboku qazanmasa, güman ki, rəhbərlik Abasova da «sənə yaxşı yol» söyləyəcək.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
1 Aprel 02:30 Bu liqada 2:5 günü