
“Araz-Naxçıvan”a qarşı oyunlarımız həmişə çətin alınıb.
Səbəbini bilmirəm, amma onlara qarşı öz futbolumuzu oynaya bilmirik”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin braziliyalı futbolçusu Yuri Matias deyib.
30 yaşlı müdafiəçi Premyer Liqanın 28-ci turu çərçivəsində evdə keçirilən və 1:1 hesabı ilə başa çatan matç barədə fikirlərini bölüşüb.
O, ilk hissədə istədikləri oyunu sərgiləyə bilmədiklərini və bunun nəticəyə təsir etdiyini qeyd edib:
“İlk hissədə oyunumuz alınmadı. Hesabın bərabər olması hər şeyi daha da fərqli etdi.
Çünki rəqib bərabərlikdən sonra futbol oynamadı. Belə olduqda özümüz öz işimizi çətinləşdirdik.
Bu oyunda 2 xal itirdik. Çünki evdə, öz azarkeşlərimiz qarşısında oynayırdıq. Nə olursa olsun, qələbə qazanmalı idik”.