
“Neftçi” “Araz-Naxçıvan”la oyuna tam heyətlə hazırlaşır.
Son oyunlarda zədə səbəbindən Emin Mahmudovun, cəzalı duruma düşən Yuri Matiasla Höccət Haqverdiyinin xidmətindən yararlana bilməyən “ağ-qaralar”ın bu dəfə belə bir çətinliyi yoxdur.
Emin fasilə dönəmində kollektivə qoşularaq tam gücü ilə məşq edib. Növbəti oyun üçün cəzalı futbolçuların olmaması da xoş haldır.
Samir Abasovu ən çox sevindirən millilərdən qayıdan futbolçuların – Elvin Camalov, Rza Cəfərov, Ağadadaş Salyanskinin və Edin Kuçun zədələnməməsi, fiziki durumlarının qənaətbəxş olmasıdır.
Elvinlə Ağadadaş martın 25-də Belarusla oyunda ümumiyyətlə meydana çıxmayıbsa, Kuç Farer adalarına qarşı bir hissə oynayıb.
Yalnız Rza Cəfərov 90 dəqiqə mübarizə aparıb ki, qapıçının oyun şansı qazanması faydalı hesab olunur.
Bu gün “Neftçi Arena”da baş tutacaq “Neftçi” – “Araz-Naxçıvan” görüşü saat 16:45-də start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ