.jpg)
Fernandu Santuşun milli komandaya dəvət etdiyi gənclərdən biri də Ağadadaş Salyanski idi.
Amma Şahin Şahniyarov, Səbuhi Abdullazadə və Xəyal Əliyevdən fərqli olaraq "Neftçi"nin forvardı debüt etmək şansı qazanmadı.
Bu adların ölkənin bir nömrəli komandasında yer alması alqışalayiqdir.
Böyümələri üçün əla fürsətdir.
Amma sınaq matçlarına dəvət alıblarsa, oynamaları da şərtdir.
Rəsmi oyun deyil ki, nəticə tələbi olsun.
Zatən hər iki oyunda məğlub olduq. Ən vacibi isə qol vura bilmədik.
Nəriman Axundzadə, Renat Dadaşov, Musa Qurbanlı oynamaq şansı aldı.
Xüsusilə Axundzadə daha çox meydanda oldu.
Amma birləşib bir qol vura bilmədilər. Olmazdı ki, ən azı 10 dəqiqə də Ağadadaş şans qazanardı?
Həm özü üçün yaxşı təcrübə olardı, həm də bəlkə elə qol yaramıza məlhəm.
İndiki halda qarşılaşdığı münasibət "Neftçi"nin yetirməsinə psixoloji olaraq da mənfi təsir edə bilər.
O, yoxlama görüşlərində də şans almayacaqdısa, elə gedib gənclər millisinə kömək edərdi.
Qısası, Ağadadaşa edilən dəvət müsbət, göstərilən münasibət qüsurlu idi.
XANOĞLAN / SPORTİNFO.AZ