“Mən “Neftçi”də işləyərkən, gördüm ki…” -  İstefaya göndərilən baş məşqçi

27 Mart 21:40 Neftçi 1 686
“Mən “Neftçi”də işləyərkən, gördüm ki…” -  İstefaya göndərilən baş məşqçi

«Futbolda böyük fərq anlayışı yoxdur».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Neftçi»nin sabiq baş məşqçisi Miodraq Bojoviç deyib.

Ötən ilin yayında Azərbaycandan ayrılan monteneqrolu çalışdırıcı bugünlərdə İranda klubunu dəyişib."İstiqlal Xuzestan” ilə müqaviləsini birtərəfli ləğv edib. 56 yaşlı sükançı onların maliyyə şərtlərini yerinə yetirmədiyi üçün ayrılıq qərarı verib.

O, İranın digər yüksək liqa təmsilçisi “İstiqlal”a keçib. Bununla da Bojoviç özünə 22-ci komanda tapıb. Balkanlı bu ilin iyununa qədər müqavilə imzalayıb.

Müsahib bildirib ki, Azərbaycan və İran çempionatlarını müqayisə etsək, arada fərq böyük deyil:

«Zamanla hər şey bir-birinə yaxınlaşır. Narahat olmağa dəyməz.

Azərbaycanda klub futbolunun səviyyəsi normaldır. Mən «Neftçi»də işləyərkən, Premyer Liqanın rəqabətli çempionat olduğunu gördüm.

Orada yaxşı komandalar və futbolçular çoxdur. Sadəcə, stadionlar az-az hallarda dolur».

Bojoviç 2023-24 mövsümündə “Neftçi”ni çalışdırıb. 2023-cü ilin dekabrında ölkəmizə gəlib, mayda yola salınıb.

Səbəb birdir - ölkə kubokunda mübarizəni erkən dayandırmış komandanın Premyer Liqada 5-ci pilləni tutaraq, son illər ilk dəfə avrokuboklardan kənarda qalması.

Digər Xəbərlər
Xəbər Lenti
30 Mart 11:30 İstədiyiniz nədir?