“Neftçi”dəki fransız: “Azərbaycanlı futbolçuların bu qədər yaxşı olduğunu bilmirdim”

01:00 Neftçi 838
“Neftçi”dəki fransız: “Azərbaycanlı futbolçuların bu qədər yaxşı olduğunu bilmirdim”

“Neftçi”nin böyük klub olduğunu bilirdim.

Buna görə də məni transfer etmək istədiklərini öyrənəndə dərhal müsbət cavab verdim”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin müdafiəçisi Ervin Koffi klubun televiziyasına müsahibəsində deyib.

Fransalı hazırda komandada hər şeyin möhtəşəm olduğunu bildirib:

“Bizim çox yaxşı azərbaycanlı futbolçularımız var. Əvvəllər azərbaycanlı futbolçuların bu qədər yaxşı olduğunu bilmirdim.

Təlim-məşq mərkəzimiz də yenilənib. Hər şey möhtəşəmdir”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Mart 11:30 Düzü budur elə!