
"Səbail"in futbolçusu Rüfət Abdullazadə 3 klubun transfer siyahısındadır.
"Dənizçilər"in qış fasiləsində "Erzurumspor"a buraxmadığı yarımmüdafəçiyə yeni maraq göstərənlərin hamısı Premyer Liqa təmsilçisidir.
Belə ki, "Neftçi", "Sabah" və "Zirə" növbəti mövsüm sumqayıtlı gənci öz sıralarında görmək istəyindədir.
24 yaşlı cinah oyunçusunun hazırkı klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
Bu mövsüm 25 görüşdə 5 qol vuran və 4 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşən "Sumqayıt"ın yetirməsinin "Səbail"də qalıb-qalmaması turnir cədvəlinin yekun siyahısından asılıdır.
Əgər "dənizçilər" I Liqaya yuvarlansa, o, klubla yollarını ayıracaq.
Təbii ki, "quru sağ ol"la yox. Müəyyən təzminat ödənilərək.
SPORTİNFO.AZ