
“Ximki”nin yarımmüdafiəçisi Reziuan Mirzov yenidən Rusiya millisinə qayıtmaq arzusundadır.
Sportinfo.az xəbər verir ki, 31 yaşlı hücumameyilli oyunçu özü bu barədə açıqlama verib.
“Neftçi”nin sabiq oyunçusu yığmaya dönmək üçün əlindən gələn hər şeyi edəcəyini söyləyib:
“Hazırda yüngül zədə məni bir az narahat edir. Ancaq yenidən toplarlanıb ən yaxşı formada qayıdacağam. Bundan sonrakı hədəfim milliyə çağırılmaqdır”.
Reziuan Mirzov 2023-24 mövsümündə “Neftçi”nin formasını geyinib.