
Məlum olduğu kimi, "Neftçi”nin baş məşqçisi Samir Abasovla media nümayəndəsi arasında növbəti gərginlik baş verib.
Hadisə Premyer Liqanın 27-ci turunun “Səbail” - “Neftçi” matçından (1:2) sonra yaşanıb.
Buna jurnalistin “Neftçi” avrokuboklara vəsiqə qazana bilməsə, istefa verəcəksizmi” sualı səbəb olub.
Çalışdırıcı mətbuat nümayəndəsinə emosional cavab verib, vəzifəsini tərk etmək niyyətində olmadığını bildirib. O, klub rəhbərliyi ilə ilk gündən hədəfləri müəyyənləşdirdiklərini, bu məqsədlərə çatmaq üçün əlindən gələni etdiyini deyib:
«İstefa verməliyəm? - Komandanı beş xalla götürmüşdük, 9 oyuna qələbə qazanmamışdıq.
Klub üçün avrokuboklara vəsiqə qazanmamaq uğursuzluqdur. Bu qədər məşqçi dəyişərlər, filan deyirsiz. Bəs o nədir, bu nədir?
Komandanı hansı vəziyyətdə götürdüyümüzü bilirik. Pis yolda deyilik.
Ən azından kubokda yarımfinaldayıq. Heç udmadığımız komandaları uduruq.
İstefaya səbəbdirsə...Söylədiklərinizin arxasında nələrsə gizlənir.
Beş oyun udursan, deyilər məşqçi həmkarı ilə necə görüşdü? Biz öz işimizdəyik, rahatıq.
Öz işimizi canla-başla rahatıq. İstefa? Niyə mövzü çıxarırsız?
Çempionata 9-10 tur qalıb, nə olacağı bilinmir. Rəhbərliklə danışdıqlarımızdan xəbəriniz yoxdur. Mənim getməyimi istəyirsiz?».
Samir Abasov bu olayla bağlı klub rəhbərliyinə şikayət edib. Belə sualların onu ruhdan saldığını, hətta mətbuat konfranslarında iştirak etmək istəmədiyini bildirib.
Funksionerlər baş məşqçini sakitləşdirib, narahatlığa əsas görmədiklərini diqqətə çatdırıblar.
Abasova deyilib ki, onun işindən razıdırlar, sadəcə, media ilə münasibətlərində təmkinli davramalıdır. Onlar Abasovu beləcə, fikrindən daşındırıblar.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN