“Mən “Neftçi”də vicdanla işləmişəm - Müqaviləm bitdi, yeniləmədilər, ayrıldım"

21 Mart 22:05 Neftçi 406
“Mən “Neftçi”də vicdanla işləmişəm - Müqaviləm bitdi, yeniləmədilər, ayrıldım"

“Hər yerdə vicdanla işləmişəm, elə “Neftçi”də də. Klubla müqaviləm bitdi, yeniləmədilər, ayrıldım.

Daha nə soyuq, nə isti münasibət məsələsi deyil. Ramin Musayev nə deyir, qoy desin”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında veteran futbolçu Ağasəlim Mircavadov “Neftçi”nin sabiq vitse-prezidenti Ramin Musayevə cavab olaraq deyib.

78 yaşlı mütəxəssis əvvəlki klub rəsmisinin onun barədə “Həmin vaxt Ağasəlim müəllim düz etdi. Çünki o, Birlik Kubokunu qazandıqdan sonra bir qədər soyuq münasibət gördü. Özünə hörmət qoyan insandır, ona görə də getdi” fikrinə belə reaksiya verib: “Bu söhbətin üstündən neçə il keçib, yaddan çıxarmışam. Oradan dostyana ayrıldım. İndi də bir çoxu ilə tədbirlərdə görüşür, bayramlarda zəng vurub təbrikləşirik. Harada işləmişəmsə hörmətlə ayrılmışam. Mən sovet məktəbini bitirmişəm. O zaman baş məşqçi barədə qanunlar vardı. Orada oyunçular, rəhbərlik və baş məşqçinin kluba necə gəlib-ayrılması göstərilirdi. Ona görə heç yerdən hay-küylə çıxmamışam”.

Ağasəlim Mircavadov 2004 - 2006-cı illərdə “Neftçi”də, 2006 - 2008 və 2009-2010-cu illərdə “Xəzər-Lənkəran”da baş məşqçi işləyib.

Digər Xəbərlər
Xəbər Lenti
21 Mart 11:30 Bir balaca cəld olun!
21 Mart 08:00 Azərbaycana yaz gəldi