
“Burada möhtəşəm futbolçular var“.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi“nin sabiq baş məşqçisi Miodraq Bojoviç deyib.
Monteneqrolu çalışdırıcı bugünlərdə klubunu dəyişib. İranda "İstiqlal Xuzestan” ilə müqaviləsini birtərəfli ləğv edib. 56 yaşlı çalışdırıcı klubun maliyyə şərtlərini yerinə yetirmədiyi üçün ayrılıq qərarı verib.
O, İranın digər yüksək liqa təmsilçisi “İstiqlal”a keçib. Bununla da Bojoviç 22-ci dəfə komandasını dəyişib. Balkanlı sükançı ilə bu ilin iyununa qədər müqavilə imzalanıb.
Müsahibin bildirdiyinə görə, iranlı futbolçuların səviyyəsi əvvəlki kimi yüksəkdir: ”Taktiki, texniki, fiziki cəhətdən hazırlıqlıdırlar.
İran millisi dünya sıralamasında 18-ci sırada yer alıb. Bunun özü ölkə futolunun və futbolçularının səviyyəsindən xəbər verir.
Burada işləmək mənə maraqlı gəlirəm. ”Neftçi”də necə həvəslə çalışırdımsa, İranda da bir elə istəkliyəm”.
Bojoviç 2023-24 mövsümündə “Neftçi”ni çalışdırıb. 2023-cü ilin dekabrında ölkəmizə gəlib, mayda yola salınıb.
Səbəb birdir - ölkə kubokunda mübarizəni erkən dayandırmış komandanın Premyer Liqada 5-ci pilləni tutaraq, son illər ilk dəfə avrokuboklardan kənarda qalması.