
"Neftçi"nin hücumçusu Bassalu Sambu ilə bağlı apellyasiya şikayəti təmin edilməyib.
Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin hücumçu ilə bağlı 2 oyunluq cəza və 1500 manatlıq cərimə qərarını qüvvədə saxlayıb.
İngiltərəli forvard Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Kəpəz”lə cavab oyununun (1:0) 58-ci dəqiqəsində ciddi qayda pozuntusuna yol verdiyi üçün birbaşa qırmızı vərəqə ilə cəzalanmışdı.