“Neftçi”də hamı bu 1 nəfərə BORCLUDUR!

17:40 Neftçi 372
“Neftçi”də hamı bu 1 nəfərə BORCLUDUR!

«Neftçi» Premyer Liqanın 27-ci turunu qələbə ilə tamamladı.

Bayılda «Səbail»in qonağı oldular, 2:1 uddular.

Bununla, turnir cədvəlində ilk «beşliy»ə bir qədər də yaxınlaşmaq imkanı əldə etdilər.

Təhlükəli zonadan xeyli uzaqlaşmış «Neftçi»ni indi dördüncü sıradakı «Səbail»dən cəmi 4 xal ayırır.

Bu köhnə deyimi hamımız eşitmişik - qalibi mühakimə etməzlər.

Hazırkı məqamda bu deyimin «Neftçi»yə heç bir aidiyyatı olmamalıdır. Təəssüf ki, bəndəniz bu 3 xal münasibətilə Samir Abasovu təbrik etməyəcək.

Problemlər var, çoxdur və yenə başdan aşır. Ən əvvəla, «Neftçi»nin parlaq qalibiyyətindən danışmağa dəyməz.

Müdafiə xəttində «n» qədər boşluqlar nəzərə çarpdı. Solaxay Mustafa Seki arxa zonanın düz mərkəzinə çəkən Samir Abasova sevinməlidir ki, Rza Cəfərovu var.

Bu gənc qapıçı gerçəkdən Emin Mahmudovun yoxluğunda kapitan sarğısını daşımağa laymqdir. Yaşının azlığına rəğmən, o, komandası üçün artıq çox şey ifadə edir.

Rzanın təcrübəli həmkarlarından geri qalmayan qurtarışları «Neftçi»nin Bayıldan qələbə ilə ayrılmasına səbəb oldu. Xüsusən son saniyələrdə göstərdiyi seyvi qeyd etməliyik.

Rzanı qoyaq kənara, «Neftçi»nin müdafiə zonası tamamilə bərbaddır. Elə hücum xətti də.

Dayaq yarımmüdafiəçisi Elvin Camalov adını tabloya yazdırırsa, görün, irəlidəkilər nə gündədir!

Ramil Şeydayev havayı pul qazanır və kənarda özünü günə verir, ondan qat-qat az pul alan Ağadadaş Salyanski isə meydanda hara qaçacağını və nə edəcəyini hələ özüyçün dəqiqləşdirə bilmir.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti