
“Neftçi”nin futbolçuları istirahətə buarxılıb.
Baş məşqçi Samir Abasov milli komandaların oyunları ilə bağlı futbolçularına dincəlmək imkanı yaradıb.
Bu müddət üç günü əhatə edəcək. Martın 17-19-u aralığında futboldan uzaq qalmağa çalışacaq komanda üzvləri Novruz bayramı günündə - martın 20-də yenidən bir araya gələcək.
“Ağ-qaralar” fasilə dönəmində yoldaşlıq görüşü keçirməyəcək. Altı futbolçunun milli komandaların sıralarına qatılması, daha iki-üç nəfərin zədədən əziyyət çəkməsi baş məşqçinin yoldaşlıq görüşündən imtinasına səbəb olub. Odur ki, bakılılar təxminən iki həftəlik müddətdə ikitərəfli oyunla kifayətlənəcək.
“Neftçi” martın 29-da öz meydanında “Araz-Naxçıvan”ı qəbul edəcək. Premyer Liqanın 28-ci turu çərçivəsində gerçəkləşəcək oyunun start fiti 16:45-də çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ