“Neftçi”ni sevincə qərq edən: “Mövqeyim elədir ki, gec qollar vururam”

18 Mart 13:20 Neftçi 505
“Neftçi”ni sevincə qərq edən: “Mövqeyim elədir ki, gec qollar vururam”

“Neftçi” Azərbaycan Premyer Liqasının XXVII turunda “Səbail”i məğlub edib.

Sportinfo.az xəbər verir ki, 2:1 hesabı ilə yekunlaşan matçda qələbə qoluna Elvin Camalov imza atıb.

Yarımmüdafiəçi “Neftçi”dəki ilk qolu ilə bağlı klub televiziyasına açıqlama verib:

“Oyunun gərgin keçəcəyini bilirdik. Səfərdə oynayırdıq.

“Səbail” bütün rəqiblər kimi bizimlə oyuna ciddi çıxmışdı. Biz də hazırlaşmışdıq.

İki qol vurduq və sonra qol buraxdıq. İkinci hissədə də yaxşı mübarizə aparıb, qələbə qazandıq.

Bu, hamımızın əziyyətidir. Mövqeyim elədir ki, gec qollar vururam.

“Neftçi”yə gələndən hamı məni isti qarşıladı və tez uyğunlaşdım. Qol vurmağım sevinc yaratdı”.

Elvin milliyə dəvəti haqda da danışıb:

“Millidə oynamaq hər futbolçunun borcudur və bunu sevə-sevə etməliyik. Dəvət gəldiyi üçün çox sevincliyəm.

Həm “Neftçi”, həm Azərbaycan bayrağı adına sona qədər mübarizə aparacam”.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 08:50 Bakıda seans keçəcək
18 Mart 05:00 Növbəti etirafı etdi