“Neftçi”nin keçmiş baş məşqçisindən “Sportinfo”ya səmimi etiraf!

17 Mart 19:40 Neftçi 461
“Neftçi”nin keçmiş baş məşqçisindən “Sportinfo”ya səmimi etiraf!

Ötən mövsüm “Neftçi”ni çalışdırmış Miodraq Bojoviç Azərbaycandakı günlərini unuda bilmir.

Rəhbərlik etdiyi komanda ilə uğurlu nəticələr əldə edə bilməsə də, ölkəmizdə gördükləri haqda müsbət fikirdədir.

Monteneqrolu çalışdırıcı Sportinfo.az-a açıqlamasında “altı ay yaşadığınız Azərbaycan yadınızda necə qalıb? Şirin yuxu, yoxsa arzuolunmaz qəza kimi?” sualını cavablandırıb:

“Təbii ki, şirin yuxu kimi. Azərbaycandakı həyatımdan çox məmnun idim.

Bunu hər yerdə deyirəm. Bakı inanılmaz dərəcədə gözəldir, insanlardan daim hörmət, sevgi görürdüm.

Hətta futboldan kənar yerlərdə belə, məsələn, yolda, marketdə son dərəcə qonaqpərvərlik göstərirdilər.

İnanın, Bakıda olanda özümü evimdəki kimi hiss edirdim. Ölkənizdə yaşadığım dövr yadımda unudulmaz izlər buraxıb.

Yeganə çatışmazlıq “Neftçi”ni avrokuboklara daşıya bilməməyim oldu ki, komandada qalsaydım, növbəti mövsümdə bunu bacaracaqdım”.

Uzun illər Rusiyadakı fəaliyyəti ilə yadda qalan Bojoviç hazırda İranda “İstiqlal”ı çalışdırır.

Bura 56 yaşlı çalışdırıcının 22-ci iş yeridir. Onunla bu ilin iyununa qədər müqavilə imzalanıb.

Bojoviç 2023-24 mövsümündə “Neftçi”ni çalışdırıb. 2023-cü ilin dekabrında gəlib, mayda yola salınıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
17 Mart 11:20 Bala-bala...