
"Neftçi" Premyer Liqanın XXVII turunda "Səbail"i səfərdə məğlub edib.
Sportinfo.az xəbər verir ki, “ASCO Arena”da keçirilən qarşılaşma Samir Abasovun rəhbərlik etdiyi komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Neftçi"nin heyətində Filip Ozobiç (17) və Elvin Camalov (29) fərqləniblər. "Səbail"in yeganə qolunu isə 43-cü dəqiqədə Rüfət Abdullazadə rəqib qapısından keçirib.
Bu nəticədən sonra xallarının sayını 31-ə yüksəldən "Neftçi" turnir cədvəlində altıncı pillədə yer alıb. 18 xala malik “Səbail” isə sonuncu - onuncudur.
“Səbail” - “Neftçi” 1:2
Qollar: Rüfət Abdullazadə, 44 // Filip Ozobiç, 17; Elvin Camalov, 29
“ASCO Arena”, 600 tamaşaçı
Baş hakim: Elçin Məsiyev
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov
Dördüncü hakim: Elvin Bayramov
VAR: Rauf Allahverdiyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Sarı vərəqələr: Rüfət Abdullazadə, 38 (qeyri-idman hərəkəti); İlkin Muradov, 68 (qeyriidman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Cavid Hüseynov, 90 (hakimin qərarına etiraz)
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 5 dəq.
“Səbail”
12. Əlirza Müştəbazadə
22. Mirabdulla Abbasov
(99. İnnosent Nşuti, 57)
96. İlkin Muradov
(83. Nihad Quliyev, 70)
77. Fərid Nəbiyev
(97. Oruc Məmmədov, 80)
18. Süleyman Əhmədov
(16. Emin Rüstəmov, 80)
20. Mert Çelik
11. Rüfət Abdullazadə (k)
10. David Qomis
(7. Madi Queta, 57)
3. Dmitro Litvin
4. Marko Nikoliç
5. Gitay Sofir
Ehtiyat oyunçular:
1. Hüseynəli Quliyev
25. Nicat Məmmədzadə
74. Yusif Nəbiyev
19. Samir Abdullayev
88. Hacıəli Şirəliyev
44. Amir Bilali
Baş məşqçi: Cavid Hüseynov
“Neftçi”
93. Rza Cəfərov (k)
10. Filip Ozobiç
(47. Murad Məmmədov, 57)
19. Azər Salahlı
4. Elvin Camalov
91. Ağadadaş Salyanski
(9. Bassala Sambu, 72)
14. Edvin Kuç
99. Ervin Koffi
44. Yuri Matias
24. Mustafa Sek
18. Ryonosuke Ohori
(20. Alfa Konte, 85)
11. Aleks Fernandes
(13. Emil Səfərov, 46)
Ehtiyat oyunçular:
1. Emil Balayev
30. Rustam Samigullin
17. Rəhman Hacıyev
90. Ramil Şeydayev
6. Rafael Quzzo
22. Dembo Darboe
77. Yeqor Boqomolski
Baş məşqçi: Samir Abasov