Premyer Liqada iki klub dəyişdi, “100”ü “Neftçi”də gördü

01:10 Neftçi 180
Premyer Liqada iki klub dəyişdi, “100”ü “Neftçi”də gördü

“Neftçi”nin futbolçusu Höccət Haqverdi Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, onun yubileyi Premyer Liqanın XXVI turuna təsadüf edib.

32 yaşlı müdafiəçi “Turan Tovuz”la görüşdə (1:1) iştirak edib. O, Premyer Liqada 2 klubun formasını geyinib. H.Haqverdi “Sumqayıt”da 40 (1 qol), “Neftçi”də 60 matç keçirib.

Onun debütü 2020/2021 mövsümündə olub. H.Haqverdi 2021-ci il yanvarın 22-də “Şamaxı” – “Sumqayıt” matçında (0:1) qonaqların heyətində meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti