
“Neftçi” Premyer Liqanın XXVI turunun “Turan Tovuz”la görüşünə (1:1) xüsusi hazırlanmış forma ilə çıxıb.
Sportinfo.az xəbər verir ki, geyim 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunub.
Hesabı ev sahiblərinin heyətində 88-ci dəqiqədə Bassala Sambu açıb. 90+5-ci dəqiqədə qərb təmsilçisi məğlubiyyətdən xilas olub. Hayderson Hurtado dəqiq zərbənin müəllifi olub.
Qonaqların heyətində Emmanuel Hakman 18-ci dəqiqədə qırmızı vərəqə alıb.
"Neftçi" 28 xalla turnir cədvəlinin 6-cı sırasında yer alıb. "Turan Tovuz" isə 43 xalla dördüncüdür.