“Neftçi” Emin Mahmudova “200” hədiyyə verdi - FOTO

02:00 Neftçi 83
“Neftçi” Emin Mahmudova “200” hədiyyə verdi - FOTO

Premyer Liqanın XXVI turunun “Neftçi” - "Turan-Tovuz" matçından əvvəl Emin Mahmudova xatirə hədiyyəsi təqdim edib.

Sportinfo.az xəbər verir ki, kapitan ötən turda 200-cü dəfə komandanın formasını geyinməklə rekorda imza atıb.

Emin Azərbaycan çempionatları tarixində “ağ-qara” formada 200 matç keçirən ilk oyunçudur.

Yarımmüdafiəçi Premyer Liqadakı oyun sayında komandasının rekordçusudur. Xatirə hədiyyəsini Mahmudova klubun baş icraçı direktoru Cenk Sümer təqdim edib.

Ölkəmizdə yalnız "Neftçi"nin formasını geyinən Emin 43 qola imza atıb. O, aldığı zədəyə görə dünənki görüşdə meydana çıxa bilməyib.

Emin Mahmudova yubiley hədiyyəsi

Digər Xəbərlər
Xəbər Lenti