“Neftçi” - “Turan Tovuz” matçında dramatik hadisələr - VİDEO

10 Mart 23:20 Neftçi 143
“Neftçi” - “Turan Tovuz” matçında dramatik hadisələr - VİDEO

Premyer Liqanın XXVI turunun son oyununda "Neftçi" "Turan Tovuz"la bərabərə qalıb.

Sportinfo.az xəbər verir ki, "Neftçi Arena"da baş tutan matç 1:1 hesabı ilə yekunlaşıb.

Hesabı ev sahiblərinin heyətində 88-ci dəqiqədə Bassala Sambu açıb. 90+5-ci dəqiqədə qərb təmsilçisi məğlubiyyətdən xilas olub. Hayderson Hurtado dəqiq zərbənin müəllifi olub.

Qonaqların heyətində Emmanuel Hakman 18-ci dəqiqədə qırmızı vərəqə alıb.

"Neftçi" 28 xalla turnir cədvəlinin 6-cı sırasında yer alıb. "Turan Tovuz" isə 43 xalla dördüncüdür.

“Neftçi” – “Turan Tovuz” 1:1
Qollar: Qollar: Bassala Sambu, 88 // Hayderson Hurtado, 90+5
“Neftçi Arena”, 1200 tamaşaçı
Baş hakim: Rəvan Həmzəzadə
Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Zöhrab Abbasov
Dördüncü hakim: Kamran Əliyev
VAR: Rauf Cabarov
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov

Sarı vərəqələr: Höccət Haqverdi, 77 (qeyri-idman hərəkəti); Elvin Camalov, 80 (qeyri-idman hərəkəti) // Alexandro Serrano, 67 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Çetinin Yevgeni ( “Turan Tovuz” ), 90+5 (qeyri-idman hərəkəti)

Qırmızı vərəqə: Emmanuel Hakman, 18 (rəqibi aşkar qol vurmaqdan məhrum etdiyi üçün) Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 4 dəq.

“Neftçi”: 93. Rza Cəfərov (k) 10. Filip Ozobiç (17. Rəhman Hacıyev, 80) 3. Höccət Haqverdi 19. Azər Salahlı 4. Elvin Camalov 91. Ağadadaş Salyanski (9. Bassala Sambu, 68) 14. Edvin Kuç 99. Ervin Koffi 24. Mustafa Sek (7. Azər Əliyev, 80) 18. Ryonosuke Ohori 11. Aleks Fernandes (47. Murad Məmmədov, 68)

Ehtiyat oyunçular: 1. Emil Balayev 30. Rustam Samigullin 90. Ramil Şeydayev 13. Emil Səfərov 6. Rafael Quzzo 22. Dembo Darboe 20. Alfa Konte 77. Yeqor Boqomolski
Baş məşqçi: Samir Abasov

“Turan Tovuz”: 41. Sergey Samok 19. Orxan Əliyev (77. Veysəl Rzayev, 29) 17. Rəhim Sadıxov 88. Faiq Hacıyev (11. Ayxan Hüseynov, 90) 7. İsmayıl Zülfüqarlı 9. Kristian da Silva 23. Alexandro Serrano 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 40. Kauan Martins 21. Aleks Souza
Ehtiyat oyunçular: 1. İvan Konovalov 71. Mehman Hacıyev 39. Sadiq Quliyev 33. Eltun Turabov 10. Xəyal Nəcəfov 8. Tural Bayramlı 13. Fərid Yusifli 44. Rüfət Əhmədov 6. Araş Qaderi 29. Anton Kraçkovski
Baş məşqçi: Kurban Berdiyev

Digər Xəbərlər
Xəbər Lenti