
Daima çılğınlığı ilə seçilən “Neftçi”nin baş məşqçisi Samir Abasov bu dəfə də diqqət mərkəzinə düşüb.
Sportinfo.az xəbər verir ki, o, bu dəfə Premyer Liqanın hesabat turunda “Turan Tovuz”la keçirilən oyundan (1:1) sonra təşkil olunan mətbuat konfransında özündən çıxıb.
Abasov jurnalistin “Bəzi azarkeşlər “Neftçi”nin bilərəkdən “Kəpəz”ə uduzmasını iddia etdilər” sualına maraqlı reaksiya verib:
“Kameranı söndür, qadınlar çıxsın, mən danışım”.
O, bunu deyəndən sonra mətbuat konfransını tərk edib.