
Martın 7-də “Neftçi” TV-də “Ağ-qara meydan” verilişinin növbəti buraxılışı baş tutub.
Proqramın aparıcısı Hüseyn Cabbarlının budəfəki qonağı Sportinfo.az saytının əməkdaşı Həbib Aslanov olub.
Bir saatı əhatə edən müzakirələrin kifayət qədər maraqlı alındığını demək mümkündür.
“Neftçi”nin “Kəpəz”lə kubok və çempionat oyunları, hər iki matçda verilən şübhəli qərarlar, “Turan Tovuz”la qarşıdakı vacib görüş və “ağ-qaralar”ın turnir cədvəlindəki mövqeyi barədə fikirlər səsləndirilib.