Samir Abasovun Kurban Berdıyevlə bağlı bu söhbətdən xəbəri var?

19:00 Neftçi 284
Samir Abasovun Kurban Berdıyevlə bağlı bu söhbətdən xəbəri var?

Bu axşam “Neftçi” öz meydanında “Turan Tovuz”u qəbul edəcək.

Sözügedən qarşılaşma təkcə komandaların Premyer Liqada qarşılaşması yox, həm də azərbaycanlı məşqçi Samir Abasovla çempionatın ən yaşlı çalışdırıcısı Kurban Berdıyevin dueli kimi yadda qalacaq.

Bu məqama boşuna toxunmadıq.

İş burasındadır ki, Kurban Bekiyeviç yaydan bu yana azərbaycanlı həmkarlarının çalışdırdığı demək olar bütün komandaların üzərində qələbə qazanmağı bacarıb.

Rusiyalı mütəxəssis yalnız bir həmyerlimizlə - Cavid Hüseynovla taktiki savaşdan qalib ayrılmağı bacarmayıb. Berdıyevin keçmiş köməkçisi ilə bir dəfə üzləşdiyini xatırladaq.

Azərbaycanlıların baş məşqçisi olduğu “Qarabağ” (Qurban Qurbanov), “Zirə” (Rəşad Sadıqov), “Araz-Naxçıvan” (Elmar Baxşıyev), “Şamaxı” (Ayxan Abbasov), “Sumqayıt” (Vaqif Cavadov), “Kəpəz” (Azər Bağırov) – bu komandaların hər biri cari mövsümdə azı bir dəfə “Turan Tovuz”u udmağı bacarıb.

Siyahıda Samir Abasovun adının olmaması o demək deyil ki, Berdıyev “Neftçi”nin baş məşqçisini məyus etməyib. Edib. Sadəcə, bu, oyun çempionatın ilk dövrəsinə təsadüf edib və həmin vaxt Abasov “Sumqayıt”ı çalışdırırdı.

“Neftçi” 2024/25 “futbol ili”ndə Tovuz təmsilçisi ilə keçirdiyi oyunların heç birində uduzmayıb. Hər iki qarşılaşma heç-heçə başa çatıb. Birincidə baş məşqçi Roman Qriqorçuk idi, ikincidə Samir Abasov.

Odur ki, “ağ-qaralar” məğlub olsa, Abasov bir mövsümdə Berdıyevə iki dəfə uduzan komandanın baş məşqçisi kimi yadda qalacaq. Üstəlik, bu, tovuzluların cari birincilikdə bakılılar üzərində ilk qalibiyyəti kimi qeyd olunacaq.

“Neftçi Arena”da keçiriləcək görüşün start fiti saat 19:30-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti