"Neftçi"yə gəldi. hər şeyi açıqladı: "Özümə sığışdırmadım, hörmətli şəkildə ayrıldıq"

11 Mart 22:20 Neftçi 1 326
"Neftçi"yə gəldi. hər şeyi açıqladı: "Özümə sığışdırmadım, hörmətli şəkildə ayrıldıq"

"Neftçi"nin qış fasiləsində heyətinə qatdığı yeni transferlərdən biri də Elvin Camalov oldu.

Milli komandamızın üzvü olan sabiq "Sabah"lı özünü heç də yeni biri kimi aparmır.

İlk gündən start heyətində möhkəmlənən orta sahə oyunçusu azarkeşlərin də rəğbətini qazana bildi.

Elə mətbuatda da "4 nömrə" haqqında ancaq müsbət fikirlər qarşımıza çıxır.

Görəsən, o, qısa müddətdə "Neftçi" kimi böyük klubda önəmli fiqura çevrilməyi necə bacarıb?

Sportinfo.az-a açıqlamasında təcrübəli futbolçunun cavabı belə oldu:

"Daha çox əzmkarlıqla seçilirəm. Samir müəllim məni burada görmək istədi.

Ona təşəkkür edirəm. Üzərimdə bir məsuliyyət hiss edirdim.

Həm də "Neftçi"nin köklü komanda olması ciddiyyəti bir qədər də artırır. Bunun məsuliyyətini dərk edirdim.

Komanda üçün əlimdən gələnin maksimumun edirəm. Çalışıram ki, meydanda sona qədər mübarizə aparım, vuruşum, döyüşüm.

Buna da qiymət verilir. Deməli, daha çoxunu etməliyəm. "Neftçi"nin daha yaxşı yerlərdə olmasını istəyirəm. İnşallah, buna nail olarıq".

Elvinin "Sabah"a lazım olmamağın səni əlavə motivasiya edirmi" sualına reaksiyası da maraqlı olub:

"İstənilmədiyim yerdə qalmağı düşünmürəm. Berezutskinin planlarında olmadığım üçün ayrılmağı seçdim. H

əm milli komandanın üzvü, həm də kapitan olaraq kənarda qalmağı özümə sığışdıra bilmədim. Ona görə də hörmətli şəkildə ayrıldıq".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti