
Tezliklə "Neftçi"dən ayrılıq xəbəri ala bilərik.
Samir Abasov ötən ilin yayında komandanın sıralarına qoşulan Rafael Quzzonun ən qısa zamanda düşərgəni tərk etməsini istəyir.
Baş məşqçi Roman Qriqorçukun zamanında 2 illik müqavilə bağlamış portuqaliyalı yarımmüdafiəçinin xidmətində maraqlı deyil.
Adıçəkilən legionerlərin dünən «Kəpəz»lə Tovuzda keçirilən Premyer Liqanın 25-ci tur matçına aparılmaması bununla bağlıdır.
Abasov klub funksionerlərindən xahiş edib ki, Quzzo ilə danışıqlar masası arxasına əyləşib, onu müqavilənin ikitərəfli qaydada pozulmasına razı salsınlar.
30 yaşlı əcnəbinin bura qədər çıxış etdiyi son klub "Çaves" olub. Ötən mövsüm "Çaves"in heyətində meydana çıxdığı 17 çempionat oyununda 2 qol vurub.
Bundan başqa, o, ölkəsində "Tondela" və "Famalikano"nun formasını geyinib. Həmçinin İspaniyanın II Liqasında və Braziliya A Seriyasında legioner həyatı yaşayıb.
Portuqaliyanın U-21 milli komandasının üzvü olub. O, yığmada 3 matçda forma geyinib.
SPORTİNFO.AZ