FOTO - “Neftçi” görmədiyi pulu ona təklif etdi, sevgilisinin qorxusundan…

5 Mart 13:00 Neftçi 3 220
FOTO - “Neftçi” görmədiyi pulu ona təklif etdi, sevgilisinin qorxusundan…

Bu ilin yanvarında “Sumqayıt”dan ayrılan Cordan Rezabalanın yeni klubu müəyyənləşib.

Ekvarodlu yarımmüdafiəçi karyerasını Meksikada davam etdirəcək.

Müqaviləsi başa çatdıqdan sonra “Sumqayıt”ı tərk edən 25 yaşlı hücumameyilli oyunçu II Liqa təmsilçisi “Dorados de Sinaloa”ya keçib.

O, Sinaloa komandası ilə 1,5 illik müqavilə imzalayıb. Ekvadorlu vaxtilə çıxış etdiyi ölkəyə budəfəki dönüşündə aylıq 8000 dollara sahiblənəcək.

“Dorados de Sinaloa” rəhbərliyi transfer dəyəri təxminən yarım milyon avro olan pleymeykerə böyük ümidlər bəsləyir və onun liderliyi ilə komandanın yüksək liqaya vəsiqə qazanacağına inanır.

Premyer Liqada dekabrın ən yaxşı 5 qoluna BAXIN - VİDEO

Cordan Rezabala 2024-cü ilin fevralından ötən aya qədər “Sumqayıt”ın formasını geyinib. Həmin müddətdə keçirdiyi 20 rəsmi matçda 3 qol və 3 assistlə yadda qalıb.

”Kimyaçılar” ona 2 illik yeni kontraktla tanış eləyib və əgər razılaşsaydı, hər ayına 10 min dollar civarında pul qazanacaqdı.

Samir Abasov isə cənubi amerikalını ”Neftçi”yə aparmaq istəyirdi. Ağ-qara formanı geyinmək təklifini geri çevirməsəydi, daha çox irəli düşəcəkdi - aylıq 15 min dollar.

Bakılılar hətta danışıqların son günlərində bu məbləği 20 min dollara çatdırıb. ”Ağ-qaralar”ın baş məşqçisi ”Sumqayıt”da rəhbərliyi altında oynamış legionerə növbəti illər üçün bundan da artıq pul vəd vermişdi.

Di gəl…

Rezabala sevgilisinin ondan ayrılmasından çəkinərək, Azərbaycana dönmək variantını dəyərləndirməyib.

Çünki birgə yaşadığı qadın ölkəmizə dönəcəyi təqdirdə, münasibətləri kəsəcəyi barədə ona xəbərdarlıq edib. Cordan da bunu Bakıdan onunla əlaqə saxlayanların diqqətinə çatdırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti