"Neftçi" rəhbərliyi narazıdır: "Hansısa qərar qəbul olunsa...”

5 Mart 08:50 Neftçi 729
"Neftçi" rəhbərliyi narazıdır: "Hansısa qərar qəbul olunsa...”

"Neftçi" hücumçusu Bassalu Sambu ilə bağlı AFFA İntizam Komitəsinin qərarından narazıdır.

Sportinfo.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat katibi Asəf Zeynallı məlumat verib.

O, məsələ ilə bağlı klub daxilində məsləhətləşmələrin getdiyini bildirib: "Hansısa qərar qəbul olunsa, bu barədə məlumat veriləcək".

Bassalu Sambu "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda qırmızı vərəqə aldığı üçün iki oyunluq cəzalanıb, “ağ-qaralar" isə 1500 manat cərimələnb.

Digər Xəbərlər
Xəbər Lenti