“Neftçi” Tovuza yollandı - "Kəpəz"lə oyuna itki ilə çıxacaqlar

4 Mart 23:20 Neftçi 184
“Neftçi” Tovuza yollandı - "Kəpəz"lə oyuna itki ilə çıxacaqlar

“Neftçi” Premyer Liqanın XXV turunda qarşılaşacağı "Kəpəz"lə oyuna itki ilə çıxacaq.

Klubdan Sportinfo.az-a verilən məlumata görə, Andrey Ştoqrin zədə səbəbindən görüşü buraxmalı olacaq.

“Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxan “ağ-qaralar” hazırlıq prosesindən sonra Tovuza yola düşüblər.

Martın 5-də Tovuz şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Neftçi” oyunu saat 17:00-da başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti