Samir Abasov "Neftçi"ni ziyana salan hücumçunu niyə BAĞIŞLADI?

11:40 Neftçi 293
Samir Abasov "Neftçi"ni ziyana salan hücumçunu niyə BAĞIŞLADI?

AFFA İntizam Komitəsi “Neftçi”nin hücumçusu Bassalu Sambunu cəzalandırıb.

Qurumun son iclasında belə qərar qəbul edilib.

27 yaşlı legioner Azərbaycan kubokunun 1/4 finalında "Kəpəz”lə cavab oyununun 58-ci dəqiqəsində qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alıb.

Buna görə də o, 2 oyunluq cəzalandırılıb, "Neftçi" isə 1500 manat cərimə edilib.

Sözügedən oyunda "Neftçi" 1:0 hesablı qələbə qazanıb. İlk görüşdə də qalib gələn (2:0) paytaxt təmsilçisi yarımfinala adlayıb.

İngiltərəli forvard "Sabah"la matçlarda forma geyinə bilməyəcək, bununla belə, Samir Abasov ona cəza kəsməkdən vaz keçib.

Sambunun "qırmızı" aldığı epizodu incələyən baş məşqçi cərimə tətbiq etməyib. Ancaq çalışdırıcı yeni transferə xəbərdarlıq edib.

Bu kimi halların bir daha təkrarlanmamasını istəyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti