Samir Abasov "Neftçi"də daha bir əcnəbinin "qələmini qırdı"

3 Mart 21:00 Neftçi 1 535
Samir Abasov "Neftçi"də daha bir əcnəbinin "qələmini qırdı"

"Neftçi"nin mövsümün sonunda yollarını ayıracağı daha bir futbolçunun kimliyinə aydınlıq gəlib.

«Ağ-qaralar» Emil Balayev və Azər Əliyevlə yanaşı, Robert Baurlə də vidalaşacaq.

Bu, Samir Abasovun istəyidir. Baş məşqçi 2024-cü ilin iyulunda Azərbaycana gəlmiş və 3 illik müqaviləyə imza atmış almaniyalının xidmətində maraqlı olmamasına dair rəhbərliyə raport hazırlayıb.

Çalışdırıcı müdafiə və yarımmüdafiədə çıxış etməyi bacaran 30 yaşlı legionerin taktiki cəhətdən onun planlarına uyğun gəlmədiyi qənaətindədir.

Üstəlik, o, Baurerin şans qazandığı əksər oyunlarda səhvlərə yol verdiyini bildirib.

Karyerasına 2014-cü ildə yerli "Karlsrue"də başlayan R.Bauer ilk peşəkar müqaviləsini "İnqolştadt" (Almaniya) ilə bağlayıb.

Burada 48 matç keçirib, sonra yüksək məbləğ qarşılığında "Verder"ə transfer olunub, 3 il "ağ-yaşıllar"ın şərəfini qoruyub.

O, ümumilikdə Almaniya Bundesliqasında 89 matçda forma geyinib. Sonuncu klubu Səudiyyə Ərəbistanında "Əl-Tai" olub.

Bauer Almaniyanın gənclərdən ibarət millisində də çıxış edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
3 Mart 11:20 Bir az da siz…