
Azərbaycan Kubokunda sonuncu yarımfinalçı müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, 1/4 final mərhələsinin cavab matçında “Neftçi” “Kəpəz”i qəbul edib.
Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 1:0.
“Ağ-qaralar”ın yeni transferi Bassala Sambu 27-ci dəqiqədə qonaqları məyus edib. Forvard 61-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.
İlk görüşdə 2:0 hesablı qalibiyyət əldə edən “Neftçi” mərhələ adlayan tərəf olub. Komanda bu raundda “Sabah”la üz-üzə gələcək.
“Neftçi” – “Kəpəz” 1:0
Qol: Bassala Sambu, 27
“Neftçi Arena”, 650 tamaşaçı
Baş hakim: Rəşad Əhmədov
Baş hakimin köməkçiləri: Vüsal Məmmədov, Teymur Teymurov
Dördüncü hakim: Tural Qurbanov
VAR: Rəvan Həmzəzadə
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Emin Cəfərov
Sarı vərəqələr: Azər Əliyev, 90 (hakimin qərarına etiraz) // İlkin Qırtımov, 30 (qeyri-idman hərəkəti);
Qırmızı vərəqə: Bassala Sambu, 58 (ciddi qayda pozuntusu)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Samir Abasov, 58 (hakimin qərarına etiraz)
Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 3 dəq.
“Neftçi”
93. Rza Cəfərov (k)
8. Emin Mahmudov
(17. Rəhman Hacıyev, 84)
3. Höccət Haqverdi
19. Azər Salahlı
13. Emil Səfərov
99. Ervin Koffi
(7. Azər Əliyev, 71)
44. Yuri Matias
(47. Murad Məmmədov, 89)
24. Mustafa Sek
9. Bassala Sambu
18. Ryonosuke Ohori
(14. Edvin Kuç, 71)
11. Aleks Fernandes
(91. Ağadadaş Salyanski, 71)
Ehtiyat oyunçular:
1. Emil Balayev
30. Rustam Samigullin
10. Filip Ozobiç
4. Elvin Camalov
90. Ramil Şeydayev
22. Dembo Darboe
20. Alfa Konte
Baş məşqçi: Samir Abasov
“Kəpəz”
1. Rojerio Santos
2. İlkin Qırtımov (k)
7. Ehtiram Şahverdiyev
12. Turan Manafov
8. Elmir Tağıyev
(99. Əli Səmədov, 64)
9. Luis Paçu
(19. Sadiq Şəfiyev, 75)
29. Dioqo Verdaska
28. Rati Ardazişvili
11. Trent Buhagiar
10. Karim Lkoça
88. Şevroni Mabatşoev
(21. Camal Cəfərov, 64)
Ehtiyat oyunçular:
22. Məmməd Hüseynov
18. Elgün Bayramov
70. Nicat Süleymanov
6. Nemət Musayev
17. Ümid Səmədov
26. Valdemar Almeyda
78. Yeqor Xvalko
Baş məşqçi: Azər Bağırov