
“Bu gün komandamızı aşağı pillələrdə görmək üzücüdür”.
Sportinfo.az xəbər verir ki, bu sözlər “Neftçi”nin yarımmüdafiəçisi Elvin Camalova məxsusdur.
O, “ağ-qaralar”ın çempionatda hazırkı mövqeyindən razı olmadığını deyib:
“İnşallah, komanda mövsümün sonuna qədər hər oyunda qələbə qazanıb, daha çox inkişaf edərək layiq olduğu sıralara qayıdar”.