
“Kubok oyunu həmişə maraqlı olur”.
Sportinfo.az xəbər verir ki, bu sözlər “Neftçi”nin yarımmüdafiəçisi Elvin Camalova məxsusdur.
O, ölkə kubokunda iddialı olduqlarını qeyd edib:
“İlk matçda qalib gəlsən də, ikinci oyunda hər şey dəyişə bilər. Ona görə də rahatlamaq olmaz.
Səfərdə “Kəpəz”ə qalib gəlmişik, amma bu, bizdə arxayınlıq yaratmayıb. “Sumqayıt” üzərindəki qələbə bu matça hazırlaşmaq üçün bizə əlavə motivasiya verəcək.
Cavab oyununa daha ciddi şəkildə hazırlaşacağıq. Çünki avrokuboklara getmək yolunda kubokda daha şanslı görünürük, nəinki çempionatda”.