
“Afrikada bu cür hava şəraiti olmur”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin vingeri Akfa Konte deyib.
Syerra-Leonedən olan legioner uzun müddətdən sonra Premyer Liqada meydana çıxdı. Afrikalı 24-cü turda “Sumqayıt”a qarşı keçirilən matçda forma geyinmək şansı qazandı.
82-ci dəqiqədə Azər Salahlını əvəzləyən Konte indiyə qədər qarlı-buzlu meydanda peşəkar səviyyədə az oynamadığını söyləyib:
“Bu vəziyyətdə ilk dəfə Bolqarıstanda üzləşmişdim. Açığı, ilk dəfə təəccüblü idi, çətinlik yaşamışdım.
Lakin bir neçə dəfə qarlı havada oynayandan sonra öyrəşdim”.