“Neftçi”də gündəm tam dəyişdi, nəfəslər tutuldu!

26 Fevral 21:20 Neftçi 3 880
“Neftçi”də gündəm tam dəyişdi, nəfəslər tutuldu!

“Neftçi” keçmişdəki xoş günlərini xatırlatmağa başlayıb.

İlk dövrədəki 9 oyunda cəmi 5 heç-heçə edib, 4 dəfə uduzan komanda indi rəqib tanımır.

Bakılılar 1-i kubokda, 4-ü çempionatda olmaqla keçirdiyi son 5 matçın 4-nü qələbə ilə başa vurub, yalnız “Qarabağ”a məğlub olub.

“Neftçi” bu qarşılaşmalarda rəqib qapılarından 7 top keçirməklə öz qapısından cəmi 2 qol buraxıb.

Birinci dövrədə Roman Qriqorçukun rəhbərliyi altında cəmi 5 xal yığan kollektiv ikinci dövrədə Samir Abasovla aktivinə 12 xal yazdırmışdı. Üçüncü dövrədə 6 oyun keçirilib və 10 xal yığmaq mümkün olub.

Komandanın nəticələrində canlanmanın müşahidə olunmasının başlıca nöqtəsi müdafiə xəttinin inamlı təsir bağışlamasıdır. Arxa xətt əvvəlki kimi “açıq qapı” deyil. Rəqiblər “ağ-qaralar”ın cərimə meydançasına yaxınlaşmaqda, hətta qapıya zərbə endirməkdə çətinlik çəkir.

Əvvəl belə deyildi axı. Az qala hər zərbə “çərçivə”yə gedirdi.

Abasov müdafiəçilərdə özünəinam formalaşdıra bilib, onlarda döyüşçü ruhu yaradıb, komandanı müəyyən mənada ağlındakı sistemə oturdub.

Artıq kim, hansı vəziyyətdə nə edəcəyini bilir. Artıq hərəkət edənən yeri növbəti oyunda skamyadır, bundan da xəbərdardırlar. Elvin Camalovun transferi lap yerinə düşüb. Təcrübəli yarımmüdafiəçi orta sahədə gördüyü işlə müdafiəçilərə çox kömək edir.

Arxa xətdə yer alanların etibarlı davranması orta sahədə və hücumda qərarlaşanların inam və məsuliyyət hissini xeyli artırıb. Artıq onlar da başa düşür ki, komanda qol buraxmırsa, qol vurmaq tapşırığının öhdəsindən gəlmək boyunlarına düşən borcdur.

Görülən işlərə “barmaq edilməsə”, kənar qüvvələr araya girməsə, Azərbaycan kubokunun finalında “Neftçi” – “Qarabağ” qarşılaşmasını izləyəcəyik.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti