
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Neftçi” – “Kəpəz” cavab matçının biletləri satışa çıxarılıb.
Sportinfo.az xəbər verir ki, qiyməti 3, 5, 10, 20 və 30 AZN təşkil edən biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:
https://iticket.az/.../neftci-pfk-kepez-pfk-kubok/144917
“Neftçi Arena”nın kassalarında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.
"Neftçi" - "Kəpəz" qarşılaşması 28 fevral tarixində saat 19:30-da start götürəcək.
