ŞOK AÇIQLAMA! “Belə getsə, “Neftçi”ni tərk edəcəm”

24 Fevral 20:20 Neftçi 1 004
ŞOK AÇIQLAMA! “Belə getsə, “Neftçi”ni tərk edəcəm”

Samir Abasovun qara siyahısında olan futbolçulardan biri Alfa Kontedir.

“Neftçi”nin baş məşqçisi komandaya yeni təyin olunduğu dönəmdə cinah yarımmüdafiəçisinə şans versə də, növbəti matçlarda adına əsasən ehtiyat oyunçuların sırasında rast gəlindi.

Konte hər nə qədər çalışqan və mübariz futbolçu olsa da, baş məşqçinin tələblərinə cavab verməməsi və ciddi səhvlərlə yadda qalması göz qabağındadır.

Keçmiş idman direktoru Yens Andersonun təklifi əsasında Azərbaycana gətirilən Syerra-Leone yığmasının üzvü Sportinfo.az-a açıqlamasında belə davam edəcəyi halda yayda komandanı tərk edəcəyini bildirib:

“Daha çox oynamaq istəyirəm. Bilirəm ki, mütəmadi forma şansı qazansam, komandaya xeyir vermək gücündəyəm.

Yox, belə davam etsə, komandanı tərk edəcəyəm. Və haqda klubdakı şəxslərə məlumat verəcəyəm. İndiki məqamda mövsümün sonuna qədər gözləməyi üstün tuturam”.

“Ağ-qaralar”la müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər olan 24 yaşlı futbolçu cari mövsümdə şans qazandığı 11 oyunda 2 assistlə yadda qalıb.

Ötən mövsümün ikinci yarısında forma geyindiyi 12 qarşılaşmada məhsuldarlıq baxımından heç nə ilə fərqlənməmişdi.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
24 Fevral 17:30 Çək və bizə göndər!
24 Fevral 11:20 Birini də sizdən görək!