Onu "Neftçi"yə gətirənlər bu mənzərədən UTANMALIDIR!

19:20 Neftçi 680
Onu "Neftçi"yə gətirənlər bu mənzərədən UTANMALIDIR!

"Neftçi"nin çörəyini yeyib, bir qəpik faydası dəyməyən adlardan biri də Yeqor Boqomolskidir.

Artıq üçüncü mövsümdür əsas komandanın üzvü olan belaruslu arxada qalan müddətdə kifayət qədər oynamaq şansı alsa da ümidləri doğrultmağı bacarmadı.

Son olaraq Samir Abasov əcnəbi forvarda özünü göstərmək şansı verdi.

Təcrübəli mütəxəssis 24 yaşlı hücumçudan bir haray olmadığını anlayınca onu ehtiyat skamiyanın daimi sakininə çevirdi.

Bu gün isə səsini əvəzedici komandadan eşidirik.

O, "Sumqayıt-2" komandası ilə görüşdə 45 dəqiqə meydanda olub.

Amma burada da kölgədə qalıb.

Qolsuz bərabərliklə bitən görüşün fasiləsində Boqomolski əvəzlənib. A komandası üçün vacib hesab edilən oyunçu deyil ki, baş məşqçinin onu qoruduğunu düşünəsən.

Belədə haqlı sual yenidən beyinlərdə var-gəl etməmiş olmaz - görəsən, ikinci komanda üçün də yararsız olan birinin illərdi əsas komandada nə işi vardı?

Onu istedadlı gənc kimi "ağ qaralar"a calayanlar bu mənzərədən ən azı utanmalıdır.

Əgər həmin hissi itirməyiblərsə...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti