
“Mövsümə yaxşı start götürmədik”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin futbolçusu Murad Məmmədov deyib.
Yarımmüdafiəçi sezona istədikləri kimi başlamadıqlarını etiraf edib:
“Çox istəyərdik ki, ilk pillələrdə qərarlaşaq. Təəssüf ki, alınmadı.
Amma indi bunun üzərində çalışırıq. Əlimizdən gəldiyi qədər yuxarı pillələrə qalxmaq istəyirik.
Lakin real danışsaq, hazırda çempion olmaq mümkün görünmür. Ona görə də kuboka köklənmişik.
Məqsədimiz kuboku götürərək, Avropaya yollanmaqdır”.