“Onunla yollarımızı ayırmamışıq, “Neftçi”yə icarəyə vermişik”

01:00 Neftçi 247
“Onunla yollarımızı ayırmamışıq, “Neftçi”yə icarəyə vermişik”

“Baltika”nın baş direktoru Ravil İzmaylov komandanın vingeri Aleks Fernandesin “Neftçi”yə icarəyə verilməsinə münasibət bildirib.

Sportinfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Kalininqrad klubu Aleksi izləyəcək:

"Alekslə yollarımızı ayırmamışıq, onu icarəyə vermişik. Əgər o, artırarsa, daha güclü qayıdarsa, Andrey Viktoroviç onu yenidən komandada görmək istəyəcək.

Bu olmasa, başqa şey fikirləşəcəyik. Hesab edirəm ki, bu, bu gün üçün verilmiş ən yaxşı və düzgün qərar idi".

11 nömrəli formanı geyəcək 22 yaşlı braziliyalı bu mövsümün sonuna kimi icarəyə götürülüb. Razılaşmaya görə, icarə müddəti sonradan daha 6 ay uzadıla bilər.

Digər Xəbərlər
Xəbər Lenti
22 Fevral 13:40 “Mən vacib deyiləm”